banner
banner

İqtİsadİyyat

Agentlik: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur

| Xəbər 1146 dəfə oxunub
Agentlik: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik Hesabatı (GCI-2018) ilə əlaqədar şərhində deyilir.

Qeyd olunur ki, Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq Azərbaycan 69-cu yeri tutub:

"Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında həyata keçirilib. Reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən 1-ci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutub). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə - 114-cü yerdədir".

 

Agentlikdən bildirilib ki, “İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir: "Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər".

Əlavə olunub ki, Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir:

"O cümlədən, “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan, müvafiq olaraq, 87-ci və 101-ci yeri tutur. Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi