banner
banner

İqtİsadİyyat

Augusto Di Giacinto: İtaliya şirkətləri sanksiyalara rəğmən İranda qalır

Augusto Di Giacinto: İtaliya şirkətləri sanksiyalara rəğmən İranda qalır

İtaliyanın investisiya şirkətləri ABŞ-ın birtərəfli sanksiyalarına baxmayaraq, İranda qalırlar.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın İrandakı səfirliyinin Ticarət İnkişafı şöbəsinin müdiri Augusto Di Giacinto deyib.

Onun sözlərinə görə, bir çox İtaliya şirkəti İrana investisiya qoymaq üçün müraciət edib. İtaliya səfirliyi də İranda yatırım etmək istəyən investorlara şərait yaratmağa çalışır:

 

“İtaliya investorları maliyyə və bank mübadilələrindən nigarandırlar. Bu problemlərin tezliklə həll olunacağına ümid bəsləyirik”.

Hazırda İran və İtaliya arasında ticarət dövriyyəsinin həcmi təxminən 5 milyard dollardır. İki ölkə arasında imzalanan protokollarda ticarət dövriyyəsinin 13 milyard dollara çatması planlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.