banner
banner

Sosİal

Telman Zeynalov: "Qışın sərt keçəcəyi, çoxlu qar yağacağı proqnozlaşdırılır"

| Xəbər 1748 dəfə oxunub
Telman Zeynalov: "Qışın sərt keçəcəyi, çoxlu qar yağacağı proqnozlaşdırılır"

“Azərbaycanda bu il qış sərt keçəcək”. Bu barədə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, bu il qış mövsümündə havalar əvvəlki illərlə müqayisədə daha şaxtalı olacaq: “Gördüyünüz kimi, oktyabr ayı çox soyuq başladı. Ayın sonuna hələ çox var, lakin havalar ötən illərlə nisbətdə daha tez soyuyub. Beləliklə, qış mövsümü də daha tez başlayacaq və sərt olacaq. Qarın çox yağacağı, havaların şaxtalı keçəcəyi proqnozlaşdırılır. Beləliklə, sərt qışa hazır olmalıyıq.

Bildiyiniz kimi, ümumiyyətlə, bu il dünyada qışın sərt, şaxtalı keçəcəyi bildirilir. Hətta alimlər bu il tarixin ən soyuq qışı yaşanacağını bildirir. Bu isə hava iqliminin dəyişməsi ilə əlaqədardır".

Xatırladaq ki, qış fəsli bu il ölkəmizə dekabrın 22-də daxil olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi