banner
banner

Gündəm

Komitə: Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 7 nəfər cərimələnib

| Xəbər 1244 dəfə oxunub
Komitə: Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 7 nəfər cərimələnib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib.

Komitədən Trend-ə verilən məlumata görə, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

 

Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati protokol yazılaraq 600 manat cərimə tətbiq edilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi