banner
banner

Sİyasət

Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndərib

| Xəbər 1822 dəfə oxunub
Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndərib

Milli Məclis deputatları oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və digər komitələrə etiraz müraciəti göndərib.

Trend-in məlumatına görə, etiraz müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan-Rus icmasının sədri Mixail Zabelin imzalayıb.

Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi