banner
banner

Gündəm

Gəncədə qəzalı yataqxanalarda yaşayanların köçürüləcəyi yeni binalardan biri bu il istifadəyə veriləcək

| Xəbər 1566 dəfə oxunub
Gəncədə qəzalı yataqxanalarda yaşayanların köçürüləcəyi yeni binalardan biri bu il istifadəyə veriləcək

Gəncədə qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan sakinlərin köçürüləcəyi yeni binalardan biri bu il istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

 

Qeyd olunub ki, hesabat dövründə Gəncə Şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə şəhərində İdman Sarayının inşası davam etdirilir.

Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəzalı vəziyyətdə olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi