banner
banner

Mədənİyyət

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

TÜRKSOY-un təşkilatçılığı və  Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir konsert proqramı ilə davam etdiriləcək. Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Proqramda Qara Qarayevin “Leyli və Məcnun” Simfonik poeması, “Yeddi gözəl”  baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyev 17 oktyabr 2017-ci ildə Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər