banner
banner

İqtİsadİyyat

Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

| Xəbər 1641 dəfə oxunub
Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur.

Trend-in məlumatına görə, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır: "Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".

 

S.Babayev qeyd edib ki, Azərbaycanda ömür həddi də uzanır. Ölkədə qadınlar üçün gözlənilən orta ömür həddi 78, kişilər üçün 73 yaşdan çoxdur.

Nazir hesab edir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır.

S.Babayev deyib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda hər 1000 kişiyə 1004 qadın düşür: "Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Lakin gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi