banner
banner

Sosİal

Azərbaycanda bioloji fəallığa malik qida əlavələri ilə mübarizə sərtləşdirilir

| Xəbər 1644 dəfə oxunub
Azərbaycanda bioloji fəallığa malik qida əlavələri ilə mübarizə sərtləşdirilir

Azərbaycanda bioloji fəallığa malik qida əlavələri ilə mübarizə sərtləşdirilir.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyində olan "Analitik Ekspertiza Mərkəzi" MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi" MMC-nin direktoru Murad Süleymanov imzalayıb.

 

B.Quliyev bildirib ki, memorandumun imzalanmasında əsas məqsəd əhalinin keyfiyyətli məhsulla təminatını gücləndirmək, eləcə də əhalinin təhlükəsizliyini təmin etməkdir.

Əməkdaşlıq üzrə gələcək planlardan danışan M.Süleymanov deyib ki, qadağan olunmuş bioaktiv qida əlavələrinin dövriyyədən çıxarılması məqsədilə birgə monitorinqlərin keçirilməsi planlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi