CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 80,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 79,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 76,70 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 80,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.
Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir...
Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 1 milyard 594,7 milyon dollar olub və 2022-ci illə müqayisədə 24% azalıb.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.
Cia.az xəbər verir ki, Gürcüstanın istisadiyyat nazirinin müavili Mariam Kvirivişvili Azərbaycanla quru sərhədlərinin bağlanması səbəbindən Gürcüstanın 1,5 milyondan artıq turist itirdiyini bildirib.