banner
banner

Krİmİnal

Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb

| Xəbər 1183 dəfə oxunub
Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 3:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beynəlxalq daşımalarla məşğul olan qoşqulu yük avtomobili araxadan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Onun Goranboy rayonunun Nadir kəndindən olan 1985-ci il təvəllüdlü sürücüsü Əliyev Zahir Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi