banner
banner

Sİyasət

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır. Trend-in müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində keçirilən konfransda deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətinin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan hər kəsə hörmətlə, sevgi ilə yanaşırıq, ona öz xalqımıza, millətimizə bəslədiyimiz münasibəti bəsləyirik: "Başqa dinə sitayiş etsələr də, dilləri, mədəniyyətləri və digər davranış normaları fərqli olsa da, onlar Azərbaycan vətəndaşı olaraq bizim dövlətin, bizim cəmiyyətin qanunlarını, davranış normalarını qəbul edirsə, onlara hörmətlə yanaşmaq bizim borcumuzdur".

Şöbə müdirinin sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqazda regional rifah, barış və tərəfdaşlıq siyasəti yürüdür: "Əlbəttə, burada müəyyən prinsiplər var, hər bir dövlət başqa dövlətin haqlarına, milli haqlarına, başqa dövlətin ərazi bütövlüyünə, dövlət atributlarına, iqtisadi maraqlarına, xalqının milli mentalitetinə hörmətlə yanaşmalıdır. Sənin mentalitetinin üstünə gəlmələrini istəmirsənsə, başqa xalqın mentalitetinin üstünə getməməli, sənin dövlətinin ərazi bütövlüyünün pozulmasını istəmirsənsə, başqa dövlətə ərazi iddiası irəli sürməməli, sənin təhlükəsizliyini təhdid etmələrini istəmirsənsə, başqa dövlətin təhlükəsizliyini göz önünə almamalısan. Yəni hər bir dövlət özünə rəva görmədiyini başqa dövlətə rəva görməməlidir. Dünyada dövlətlərarası münasibətin bir şərti var. Bu şərt BMT-nin Nizamnaməsində öz əksini tapıb: başqa dövlətin daxili işinə qarışmamaq, onun ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmaq, mübahisəli məsələləri müharibə yolu ilə deyil, dinc yollarla həll etmək, dövlətlərarası tərəfdaşlıq münasibətləri yaratmaq, insan hüquqlarına əməl etmək, insanların sərbəst hərəkəti, miqrasiya və digər məsələlərə şərait yaratmaq. Amma beynəlxalq hüquqda həm də iki dövlət arasında və bir neçə dövlət arasında razılaşdırılmış şərtlər də var. Məsələn, Rusiya, Azərbaycan, Türkiyə ümumi bir əməkdaşlıq platforması yaradıb və kifayət qədər də perspektivi olan platformadır. Rusiya-İran-Azərbaycan platforması var, nəqliyyat, kommunikasiya işləri üzərində qurulub. İran-Türkiyə-Azərbaycan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Gürcüstan-Türkmənistan platformaları var. Bunların hər biri regional dialoq platformasıdır ki, dövlətlər istəyini ortaya qoyub və qarşılıqlı nöqtələr tapılıb".

Ə.Həsənov qeyd edib ki, dialoq üçün mütləq şəkildə qarşılıqlı nöqtələr tapılmalıdır, qarşılıqlı şərtlər ortaya qoyulmalıdır: "Götürək hazırda dünyada bütün beynəlxalq hüquq şərtlərini aşaraq qapımıza gələn, qapımızı döyən, bizim siyasətimizə, sivil normalarımıza təzyiq formasında həyata keçirilən enerji maraqlarına. Bütün dünya bu gün dünyanın mövcud enerji resursları uğrunda mübarizə aparır. Enerji resurslarına yiyələnmək istəyən dünyanın güclü dövlətləri o enerji qaynaqlarını daha əlverişli şərtlərlə, daha ucuz qiymətə və rəqabətdənkənar mühitdə ələ keçirib öz dövlətinin maraqlarını təmin etmək istəyir. Ona sahib olmayan və dünyada yetərincə gücü olmayan digər dövlətlər başqaları ilə ittifaqlar yaradaraq öz payını almaq istəyir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.