banner
banner

Dünya

Beynəlxalq Jurnalistlər Federasiyası ABŞ və Aİ-ni Ər-Riyada qarşı sanksiya tətbiq etməyə çağırıb

Beynəlxalq Jurnalistlər Federasiyası ABŞ və Aİ-ni Ər-Riyada qarşı sanksiya tətbiq etməyə çağırıb

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ və Avropa İttifaqı rəhbərliyini Səudiyyə Ərəbistanına qarı Camal Xaşkacinin ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə görə sanksiya tətbiq etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Belçikanın paytaxtı Brüssüldə yerləşən BJF-nın bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əgər Aİ və ABŞ Rusiya və Venesuelaya qarşı onları dövlət tərəfindən təşkil olunmuş qətllərdə ittiham edərək sanksiyalar tətbiq edirsə, niyə Səudiyyə Ərəbistanı qarşı heç bir addım atılmır. Bütün dünya üzrə insan haqları müdafiəçiləri çıxış edir, bir çox şirkət və təşkilatlar artıq sanksiyalar tətbiq ediblər və ya Səudiyyə Ərəbistanında keçirilən tədbirləri boykot ediblər. İndi isə hökümətlər hərəkət etməlidir, onların qatilləri və cinayətin sifarişçilərini tapıb məsuliyyətə cəlb etmək üçün iqtisadi təzyiq rıçaqları, diplomatik və beynəlxalq instrumentari var".

Bəyanatda qeyd edilir ki, Ər-Riyad bu işdə həqiqəti gizlətmək üçün yalan toru toxuyur: "Səudiyyə Ərəbistanı rejiminin öz baş konsulluğunda baş verənləri müəyyən etməsi üçün çox sayda günə ehtiyacı olması fikiri belə gülünc və əsassızdır".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.