banner
banner

Krİmİnal

Bakıda gecə saatlarında qaydanı pozan avtomobillər saxlanılıb - Yaguar, Toyota...

| Xəbər 2246 dəfə oxunub
Bakıda gecə saatlarında qaydanı pozan avtomobillər saxlanılıb -

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.

Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanıldı. Sürücü Afəl Cəfərov “Opel” markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyi bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

 

“BMW” markalı avtomobilin sürücü Arzu Nəsibov isə Yasamal rayonu Mətbuat, Hüseyn Cavid prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən bəziləri avtomobildə etdikləri konstruksiya dəyişikliklərini yerində aradan qaldırandan sonra barələrində protokol yazılaraq buraxılıblar.

Reyd zamanı digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gəncədə evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.