banner
banner

Krİmİnal

ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı - Bu dəfə Yevlaxda

ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı - Bu dəfə Yevlaxda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı Yevlax rayonu ərazisində "Kamaz" markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 m3 həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.

 

Faktla bağlı avtomobilin sahibi Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90 manat məbləğində ziyan tətbiq olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.