banner
banner

Gündəm

Qərargah: Badamdardakı sürüşmə zonasında gərginlik qalır

| Xəbər 1271 dəfə oxunub
Qərargah: Badamdardakı sürüşmə zonasında gərginlik qalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdardakı sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır.

 

Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi