banner
banner

Krİmİnal

Balakəndə yol qəzası olub, xəsarət alanlar var

| Xəbər 1933 dəfə oxunub
Balakəndə yol qəzası olub, xəsarət alanlar var

Balakəndə yol qəzası olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 22-dən 23-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1991-ci il təvəllüdlü Rəşad Kamil oğlu Layıcov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən Poçtbinə kənd inzibati ərazisindən axan çayın üzərindəki körpüyə çatan zamaan idarəetməni itirib. Nəticədə maşın hündürlükdən çaya düşüb. Qəzadan sonra sürücü R. Layıcov, avtomobildə olan sərnişinlər - Balakən şəhər sakinləri, 1989-cu il təvəllüdlü Nəsimi Füzuli oğlu Omarov, 1978-ci il təvəllüdlü Xanım Əsəd qızı Balacayeva və Məlahət Əli qızı Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralılardan R.Layıcov və X.Balacayevanın xəsarətləri ağır olduğundan müalicələri reanimasiya şöbəsində aparılır. N.Omarovun müalicəsi Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir. M.Sadıqovanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.