banner
banner

İdman

Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq

| Xəbər 1089 dəfə oxunub
Millimiz AÇ-nin seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.

Trend-in məlumatına görə, futbolçularımız Albaniyanın Luşniya şəhərindəki A.Roza Haksiu stadionunda Norveç yığması ilə qarşılaşacaq.

 

Görüşün baş hakimi Admir Şehoviç, baş hakimin köməkçiləri Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, dördüncü hakim isə Florian Lata (hər ikisi Albaniya) olacaq.

Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi