banner
banner

Sİyasət

Dağlıq Qarabağ münaqişəsi nəticəsində daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb

Dağlıq Qarabağ münaqişəsi nəticəsində daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb

Azərbaycan Prezident İlham Əliyevin 19 mart 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar əvvəllər itkin düşmüş yaxınları barədə müəyyən səbəblərə görə bilərəkdən məlumat verməyən şəxslər hazırda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına çoxsaylı müraciətlər edirlər.

Bu barədə özəl olaraq Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, müraciətlər Komissiyanın İşçi qrupu tərəfindən diqqətlə öyrənilərək araşdırılır və görülmüş işlər barədə vətəndaşlar məlumatlandırılır. Bu səbəbdən son aylar ərzində əlavə olaraq 13 nəfərin qeydiyyatdan kənarda qalması faktı aşkarlanaraq itkin düşmüş şəxs kimi Komissiyada qeydiyyata alınıb. Həmin şəxslər intensiv hərbi əməliyyatların getdiyi 1992-1993-cü illərdə itkin düşmüş Azərbaycan vətəndaşlarıdır. Hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçir.

Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid siyahının dəqiqləşməsi işi yekunlaşdıqdan sonra hazırda əsir və girovluqdan azad edilmiş şəxslərə aid siyahının dəqiqləşməsi işi aparılır. Araşdırmaların gedişində əsir-girovluqda olması və azad edilməsi faktı aşkarlanmış şəxslər müəyyənləşərək müvafiq qaydada qeydiyyata alınıb. Beləliklə, girovluqdan azad edilmiş şəxslərin sayı artaraq 1480 nəfər təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.