banner
banner

Krİmİnal

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

| Xəbər 1089 dəfə oxunub
Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rizvan Quliyev və T.Mustafazadə saxlanılıblar.

Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib.

 

21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Həsənovun “VAZ-2104” markalı avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur İbrahimov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədsurinin ətrafında 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 14-də Bülbül prospektində, Lənkəran rayon sakini E.Həsənzadənin “Daewoo” markalı avtomobilindən mobil telefon oğurlaması da müəyyən edilib.

Araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi