banner
banner

Sİyasət

Azərbaycan və Braziliya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Braziliya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Trend-ə nazirlikdən verilən məlumata görə, nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Aloysio Nunes Ferreiranı təbrik edib.

Elmar Məmmədyarov qeyd edib ki, son illərdə iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm təməl qoyulmuşdur. Nazir Azərbaycan və Braziliya arasında genişlənən ticarət və iqtisadi əlaqələrin ikitərəfli tərəfdaşlığa müsbət təsir göstərdiyini və gələcək illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

Məktubda nazir Elmar Məmmədyarov Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipindən çıxış edərək, Braziliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov 1993-cü ildə Braziliyanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü zamanı Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında dəstəyini xüsusi vurğulayıb və bunun ölkələrimiz arasında dostluq və əməkdaşlıq ruhunun bariz nümunəsi olduğunu qeyd edib.

Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda Azərbaycan Hökuməti və Xalqını iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib və 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından etibarən, xüsusilə Bakıda və Braziliada səfirliklərin açılmasından sonra ikitərəfli və çoxtərəfli səviyyələrdə dialoqun gücləndirildiyini qeyd edib. Nazir 2017-ci ildə özünün Bakıya səfərini xatırladaraq bunun Braziliya xarici işlər nazirinin Azərbaycana ilk səfəri olduğunu və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusi vurğulayıb.

Nazir Aloysio Nunes Ferreira 2016-cı ildə Azərbaycan ilə imzalanmış Ticarət və investisiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu kimi digər təşəbbüslər ilə yanaşı, birgə əməkdaşlığın Azərbaycanın Braziliyaya ixracı da daxil olmaqla, ikitərəfli ticarəti daha da artıracağına dair əminliyini ifadə edib.

Azərbaycan və Braziliya arasında diplomatik münasibətlər 21 oktyabr 1993-cü ildə qurulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.