banner
banner

Şou

Ronaldo 2 milyon avroluq saat taxdı

| Xəbər 819 dəfə oxunub
Ronaldo 2 milyon avroluq saat taxdı
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkib.

 
Axşam.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, o, 424 ağ və qırmızı brilyantla bəzənmiş Jacob& Co Caviar Tourbillon şirkətinə məxsus saat taxaraq konfransa gedib. Bu, aksessuarın ona təxminən 2 milyon avroya başa gəldiyi bildirilib.

Bundan əvvəl buna oxşar saatı məşhur Nigeriya repçisi Wizkidin sifariş verdiyi yazılıb. Ancaq Ronaldonun saatının bir qədər fərqli dizaynda və daha bahalı olduğu vurğulanıb.

Britaniya mətbuatı yazıb ki, bu qədər qəşəng saat Ronaldo üçün tipik olmayan aksessuardır. Portuqaliyalı hücumçu 2013-ü ildə Jacob& Co şirkətinin partnyoru olub. Lakin o, indiyə kimi buradan 100 min funt sterlinqdən baha aksessuar taxmayıb.

Ronaldonun ictimaiyyət qarşısına bu cür bahalı saatla çıxmasının "Qızıl top"un sahibinin sabiq komandasına qarşı oyununa yüksək diqqətin olması ilə əlaqədar olduğu yazılıb.

Qeyd edək ki, K.Ronaldo konfransda "MY" ilə matçda qol vuracağı təqdirdə, sabiq klubuna hörmət əlaməti olaraq sevinməyəcəyini deyib.

Xatırladaq ki, Ronaldo 2003-2009-cü illərdə İngiltərə klubunda çıxış edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi