banner
banner

Sağlamlıq

Energetik içkilərin davamlı qəbulu ona aludəçilik yaradır

Energetik içkilərin davamlı qəbulu ona aludəçilik yaradır

Energetik içkilər ötən əsrin 80-ci illərin axırı-90-cı illərin əvvəllərində dünya bazarına çıxıb. Bu içkilər son 30 ildə çox geniş yayılıb və demək olar ki, dünyanın yarısı ondan istifadə edir. Çox vaxt həmin içkilərin müsbət təsirləri barədə gənclər və yeniyetmələr arasında cəlbedici reklamlar, təbliğatlar və diskussiyalar aparılır. Mən bir həkim kimi birmənalı olaraq demək istəyirəm ki, bu içkilər olduqca zərərlidir.

Bu sözləri Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.

Onun dediyinə görə, energetik içki adlansa da, onların heç biri orqanizmə enerji vermir, əksinə, hüceyrələrə nüfuz edərək enerji itkisinə səbəb olur: "Reklamlar vasitəsilə yorğunluğu aradan qaldırdığı, əhval-ruhiyyəni yüksəltdiyi söylənilən energetik içkilərin tərkibində kofein, taurin və digər maddələr var. Bu içkilərin ən təhlükəli yanı isə aludəçilik yaratmasıdır. Bir gündə insan orqanizminin qəbul edə biləcəyi kofeinin miqdarı 400 milliqramdır. Bir banka energetik içkidə 150-200 milliqram kofein var. İki və daha çox banka energetik içki qəbulu normanı aşaraq zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibinə şəkər, saxaroza, qlükoza, dadlandırıcı və ətirli maddələr qatılır. Bu cür maddələrin həddən artıq qəbulu isə mədəaltı vəzdə problemlərə, qaraciyərin piylənməsinə, kökəlməyə, iştahasızlığa aparıb çıxarır. Müəyyən müddətdən sonra şəkərli diabet və insulinə rezistentlik yaranır. Üstəlik yuxu pozuntusu, əsəbilik və tez qıcıqlanma halları da meydana çıxır".

 

Musa Quliyev deyib: "Tibb elmi bütün dünyada sübut edib ki, həmin içkilərin ziyanı həddindən çoxdur. Onun insan psixikasına və əsəb sisteminə çox ciddi mənfi təsiri var. Ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər bu içkiləri qəbul edir və ilk vaxtlar onun səmərəsini də görürlər. Bir müddət sonra isə bu insanlarda aqressiya hissi yaranır. Normal adam gündə həmin içkinin bir bankasını içdikdə, onun mənfi təsirini hiss etməyə bilər. Lakin bu davamlı olduqda orqanizmin ona tələbatı artır. Energetik içkinin təsirindən güclü damar tutulması ola bilər ki, bu da infarkt və hətta ölümlə nəticələnər. Ona görə də qadağa və inzibati tədbirlərlə yanaşı maarifləndirmə təbliğatı da aparılmalıdır".

Dünyanın heç bir ölkəsində energetik içkilərin satışına ciddi qadağaların olmadığını qeyd edən sədr müavini bildirib: "Əlbəttə, bu içkilərin zəhər olduğunu söyləmək olmaz. Amma onun orqanizm üçün xeyirli olduğunu da demək düzgün deyil. Ümumi statistik nəticələrə əsasən bu içkilərin zərəri sübut olunub. Onlar xüsusilə ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, nevroz xəstələrinə birmənalı olaraq zərərli təsir göstərir. Ancaq onun zərərli təsirini hiss edənədək içmək də düzgün deyil".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.