banner
banner

Mədənİyyət

“Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri”

| Xəbər 3058 dəfə oxunub
“Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri”

Qara Qarayevin ev-muzeyində bəstəkarın anadan olmasının 100 illiyinə və ev-muzeyinin açılışına həsr edilmiş “Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri” mövzusunda konfrans və “dəyirmi masa” keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Qara Qarayevin ev-muzeyi tərəfindən Rusiya Milli Musiqi Muzeyi ilə birgə təşkil edilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfransı açaraq, “Qara Qarayev: Tarix və muzey interpretasiyasının xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Rusiya Milli Musiqi Muzeyinin baş direktoru, Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Mixail Brızqalovun məruzəsi “Rusiya-Azərbaycan musiqi əlaqələri” mövzusuna həsr edilmişdi. Ölkələrimiz arasında musiqi əlaqələrinin tarixi üzərində ətraflı dayanan məruzəçi Rusiya Milli Musiqi Muzeyinin tarixi, onun fondları və klassik musiqinin populyarlaşdırılması üçün muzeydə aparılan işlər barədə məlumat verib.

M.Brızqalov görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgini təqdim edib, tədbir iştirakçılarına bu mövzuda videoçarx nümayiş etdirilib.

Sonra Lalə Kazımovanın “Qara Qarayev” kitabının təqdimatı keçirilib. Nəşrin müəllifi qeyd edib ki, bəstəkarın həyat və yaradıcılığının qısa oçerki olan bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fikrət Əmirov adına İncəsənət məktəbinin direktoru Adilə Yusifovanın “Üzeyir Hacıbəylinin rektor vəzifəsində xələfi”, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadənin “Qara Qarayev Rusiya musiqişünaslığında”, Əməkdar mədəniyyət işçisi Nərgiz Şəfiyevanın “Qara Qarayev və Azərbaycan musiqisi”, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Raya Abbasovanın “Balet həyat kimi: məkan və zaman”, Bülbülün Xatirə Muzeyinin böyük elmi işçisi Adilə Məmmədovanın “Rus musiqi sənətinin Bülbülə təsiri”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin “Qara Qarayevin skripka ilə orkestr üçün konsertində XX əsrin musiqi tendensiyalarının uyğunlaşması” mövzularında məruzələri dinlənilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi