banner
banner

Cəmİyyət

Badamdarda sürüşmə zonasında gərgin vəziyyət davam edir

| Xəbər 1827 dəfə oxunub
Badamdarda sürüşmə zonasında gərgin vəziyyət davam edir

Bakının Səbayel rayonunun Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır. Bu barədə “Yeni Müsavat”a Ekologiya və Təbii Sərəvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ərazidə xırda uçqunlar baş versə də ümumilikdə sürüşmə zonasına yaxın məsafədə yerləşən evlərin hasarlarına qoyulan mayaklarda dəyişiklik yoxdur:

“Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb".

Bundan əlavə, nazirlikdən bildirilib ki, Zığ şosesində də gərginlik davam edir. Mütəxəssislər bildirirlər ki, hazırda quraşdırılan mayaklarda dəyişiklik olmasa da ümumilikdə prosesi bitmiş saymaq olmaz.

Əldə etdiyimiz məlumata görə, Badamdar ərazisində yaşayan 11 evin sakinləri mütəxəssislərə qapı açmayıb, onları evlərinə buraxmırlar. Buna görə də nazirliyin monitorinq qrupu bütün evlərin hasarlarına mayak quraşdıra bilməyib. Məlumata görə, hazırda da həmin evlərdə yaşayış var. Bundan əlavə, ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən də işlər aparılır, suyun aşağı salınması üçün quyular qazılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi