banner
banner

Mədənİyyət

“Külək: Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub

| Xəbər 1630 dəfə oxunub
“Külək: Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub

Oktyabrın 30-da Bakı Yunus Əmrə İnstitutunda gənc yazar Xülya Cəfərovanın “Külək: Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub.

Bakı Yunus Əmrə İnstitutun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılara superqəhrəmanlar haqqında videoçarx nümayiş edilib.

Tədbirdə “ASAN könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, təqdimatı keçirilən kitabın müəllifinin “ASAN könüllülük” məktəbinin məzunlarından biri olması sevindirici haldır.

Təqdimat mərasimində institutun direktoru Cihan Özdemir, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva, Azərbaycan Yazıçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər və gənc yazıçıya uğurlar arzulayıblar.

Bildirilib ki, fantastika janrında olan “Külək. Yel kürəsinin şahzadəsi” Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən kitabdır. Külək, İşıq, Umay, Erlik, Kayra xan, Simurq quşu, Yağmur, Azər baba və digər personajların timsalında xalqımızın zəngin tarixi, milli mənəvi dəyərli və adət-ənənələri maraqlı və oxunaqlı bir üslubla oxucuya ötürülür.

Əsərdə qədim türk və dünya mifologiyasına müraciət edilib. Süjet boyu çoxlu sayda gözlənilməz gedişatlara rast gəlinir. Obrazların və məkanların müxtəlifliyi və hadisələrin sürətlə bir-birini əvəzləməsi oxucunu daim maraqda saxlayır. Əsərdə alternativ reallıqlar ortaya qoyulub və Bakının Qız qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri və s. kimi məkanlar mistik və sehrli bir formada oxucuya təqdim olunub. “Yel Kürəsi”nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadan yanaşılıb.

“Külək: Yel kürəsinin şahzadəsi” kitabının əsas hədəf auditoriyası yeniyetmələr və gənclərdir. Əsərin qəhrəmanları müəyyən fövqəlgüclərə malikdirlər. Müəllif bir növ roman vasitəsilə oxucuları öz daxillərində olan “fövqəlgücü” kəşf etməyə çağırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi