banner
banner

Mədənİyyət

Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib

| Xəbər 3170 dəfə oxunub
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib

Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun Polşada nəşr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə ev-muzeyinin direktoru Nüşabə Vəkilova-Babayeva şairin polyak ədəbiyyatına xüsusi marağından söhbət açıb. Şairin alman və fransız dillərinə tərcümə olunan şeirlərinin ona bütün dünyada şöhrət gətirdiyini bildirib.

Polşanın Azərbaycandakı səfirinin müşaviri Andjey Yankovski ədəbiyyatın və ədəbiyyat xadimlərinin, şair və yazıçıların yaradıcılığını xalqlar arasında mənəvi körpü adlandırıb. O, xalqlar arasında dostluğun möhkəmlənməsində belə şəxsiyyətlərin, görkəmli şair və yazıçıların əsərlərinin böyük rol oynadığını vurğulayıb.

Diplomat Vaqif Səmədoğlunun bu kitabının Polşada təqdimatının keçirilməsinin vacibliyini bildirib.

Tədbirdə çıxış edənlər Vaqif Səmədoğlunun şeirlərində ümumbəşəri ideyaların əks olunduğunu, hələ sağlığında dünya oxucusunun diqqətini cəlb etdiyini vurğulayıblar. Onun insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkar kimi hələ sağlığında böyük şöhrət qazandığını söyləyiblər. Bildirilib ki, V. Səmədoğlu xalq ruhunun, düşüncəsinin tərcümanı olmaqla yanaşı, həm də qlobal dünyanın tanınmış şairi idi.

Tədbirdə şairin sağlığında fortepianoda böyük həvəslə ifa etdiyi musiqilər səsləndirilib, polyak dilində çap olunan kitabı iştirakçılara təqdim olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.