banner
banner

Qadın

Qadınlar hansı yaşda hansı kosmetoloji proseduru etdirməlidir?

| Xəbər 1570 dəfə oxunub
Qadınlar hansı yaşda hansı kosmetoloji proseduru etdirməlidir?

Masir zamanda tibbin sürətlə inkişaf etməsi, kosmetoloji prosedurların əlçatan və populyar olması istənilən xanımın cavan və gözəl görünmək kimi arzularına çatmasına kömək olur. Estetik tibbdə bir çox prosedurlar var ki, klinikaların təqdim etdikləri özünəməxsus metodlarla həyata keçirilir. Bu gün dünya miqyasında 30 yaşdan yuxarı qadınların təxminən 80%-i botoks prosedurundan istifadə edir.

CİA.Az medicina.az-a istinadən müxtəlif yaş qrupunda olan xanımlar üçün hansı kosmetoloji prosedurların həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu araşdırıb.

20-30 yaş

Kosmetologiya nöqteyi nəzərindən, bu yaş dövründə heç bir qeyri-adi kosmetoloji prosedura ehtiyac yoxdur. Sadəcə olaraq pilinq, dərinin təmizlənməsi, nəmləndirici kremlərin və maskaların tətbiqi kifayət edir. Bəzən isə göstəriş əsasında mezoterapiya və ya plazmoliftinq təyin edilə bilər. Adı çəkilən prosedurlar 25 yaşınadək üzdə olan civzə səpgilərini aradan qaldırmaq üçün yardımçı ola bilər. Gələcəkdə isə üzün təravətini qorumaq üçün iynələrdən istifadə edilə bilər.  

Cavan qızlar bir qayda olaraq üz dərilərinin qulluğunda durmağa çox da ehtiyac görmürlər. Son zamanlar "Instagram görünüşü" adlanan hal dəbə düşüb ki, bu zaman çıxıq yanaqlar və şişirdilmiş dodaqlar daha önə sürülür. Bu cür görünüşü qialuron turşusunun inyeksiya vasitəsilə dəri altına yeridilməsi yolu ilə əldə etmək mümkündür. Bir müddətdən sonra maddə sovrulur və üz yenidən əvvəlki formasına qayıdır.

20-30 yaş periodunda qızlar burunlarında olan əyrilikləri aradan qaldırmaq w,wn rinoplastikaya daha çox müraciət edirlər.

30-35 yaş

Bu yaş dövründə qadınların çoxu artıq dünyaya uşaq gətirir və məişət qayğıları ilə əhatə olunurlar. Bu yaşda olan qadınlar arasında populyarlığına görə ilk sırada sinə əməliyyatları, daha sonra isə qarıngərmə yəni, abdominoplastika yer alır.
 
Bundan əlavə gənc analar liposaksiya və lopofillinq kimi prosedurlara da üstünlük verirlər. Bu əməliyyatlar vasitəsilə qarın və çanaq nahiyəsində olan artıq piylərdən azad olmaq mümkündür. Həmçinin son zamanlar çox yayılan plastik əməliyyatlardan biri də intimplastikadır. 30 yaşdan sonra üz nahiyəsində bir çox metodlardan - sallalığı aradan qaldırmaq üçün fillerdən, alın və gözətrafı nahiyyələrdə olan qırışları açmaq üçün isə botoks iynələrindən istifadə edilir.

 

35-40 yaş

Bu yaşda inyeksiya metodu daha aktual hesab olunur. Bəzi qadınlara bu metod kifayət edir. Lakin bəziləri daha da irəli gedərək daha parlaq nəticə əldə etmək istəyirlər. Bu zaman onlara saplarla üz dərisinin və göz qapaqlarının dartılması  təklif olunur.

40-45 yaş

Bu yaşda zərif cinsin nümayəndələrinin prioritetləri kəskin dəyişir. Belə ki, bu zaman xanımlar üçün əsas məqsəd cavanlıqlarının qorunması olur. Bu yaşda olan xanımların problemləri sadəcə inyeksiyalarla aradan qaldırıla bilməz. Lakin bəzi hallarda bu orqanizmdən və daha əvvəl üzə olunan qulluqdan aslı olur.  Əgər mütəmadi olaraq dərisinə qulluq edərək yaxşı vəziyyətdə saxlamağı bacarıbsa, o zaman cərrahi müdaxiləsiz ötüşmək də mümkündür.
Əks halda üzün alın və qaş hissələrinin gərilməsi qaçılmaz ola bilər. Cərrahi müdaxilə ilə dəri dartılır və bu zaman baxışlar daha aydın və gənc olur.

45 +

Adətən 45 yaşdan yuxarı xanımlarda üzün və boyunun bütöv dartılmasını həyata keçirmək vacibdir.  Bu əməliyyat kifayət qədər çətin amma effektli əməliyyat hesab edilir.

Son zamanlar müasir texnologiyaların və estetik tibbin sayəsində qadınlar öz real yaşlarından dəfələrlə kiçik xarici görünüşə sahib ola bilirlər. Plastik əməliyyatlar üçün konkret yaş həddi mövcud deyil. Əgər analizlər qadının sağlam olduğunu təsdiqləyərsə, o zaman 75 yaşında da estetik əməliyyat etdirmək mümkündür



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi