banner
banner

Qadın

Qadın siqareti tez tərgitsə...

| Xəbər 1441 dəfə oxunub
Qadın siqareti tez tərgitsə...

Siqaret çəkən və 40 yaşından əvvəl bunu tərgidən qadınların ömrü siqaret çəkməyə davam edənlərlə müqayisədə 9 il artıqdır. İngiltərədəki Oksford Universitetinin alimləri 1996-cı ildən 2017-ci ilə qədər qadınların sağlıq durumunu müşahidə ediblər.

Alimlər 20 faizi siqaret çəkən, 28 faizi siqareti atmış və 52 faizi heç siqaret çəkməmiş 50-65 yaşındakı anket iştirakçılarının 3 illik fasilələrlə həyat tərzləri və sağlamlıq durumlarını araşdırıb. İlngiltərənin ‘’Lancet’’ jurnalında yayımlanan araşdırmaya görə, siqaret çəkən qadınlar çəkməyənlədən 11 il az yaşayır və 70 yaşından əvvəl ölmə riski da 24 faizdir. Alimlər 40 yaşından öncə siqareti atan qadınların ömrünün 9 il “uzandığını”, hətta 35 yaşından öncə siqareti atanların 10 il “qazandığını” müəyyənləşdirib.

Araşdırmaya imza atanlardan Riçard Peto isə deyib ki, siqareti erkən yaşlarda atmaq insana illər qazandırır, amma bu, qadınların 40 yaşa qədər heç bir təhlükə olmadan siqaret çəkə biləcəyi mənasını verməməlidir. Heç siqaret çəkməmiş qadınlara görə siqaret çəkənlərin ölüm riski 20 faiz daha artıqdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi