banner
banner

Gündəm

Elmar Məmmədyarov Ukrayna səfirliyimizdəki qalmaqalla bağlı hərəkətə keçdi

| Xəbər 1326 dəfə oxunub
Elmar Məmmədyarov Ukrayna səfirliyimizdəki qalmaqalla bağlı hərəkətə keçdi

Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir.

Xudiyev T. Əliyevin səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib. T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.

Xuduyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi hətta parlament səviyyəsində müzakirə edilib, bəzi deputatlar bunu E.Məmmədyarovu nazirlikdə işini yaxşı qurmamaqda qınayıb. Yada salaq ki, 2015-ci ilin mayında da Xarici İşlər Nazirliyində ziddiyyətli proseslər baş qaldırmışdı. Belə ki, o zaman İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov nazirliyi və hakimiyyəti sərt tənqid edərək müxalifət düşərgəsinə keçmişdi.

Azər Xuduyev Tələt Əliyevlə ile ilgili görsel sonucu

İyul ayında o,  2013-cü ildən işlədiyi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsindən geri çağırıldı. Bundan dərhal sonra Hesablama Palatasının kollegiyasının iclasında A.Məmmədovun 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) rəhbəri işlədiyi dövrdə büdcə vəsaitlərindən qanunsuz istifadə və dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsinə qərar verildi. Toplanmış faktlar əsasında A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verildi. Bu qalmaqal E.Məmmədyarovu ciddi tənqid hədəfinə çevirdi. Bundan sonra da zaman-zaman səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Ukraynadakı səfirliklə bağlı baş verənlər isə indiyədək olanları “kölgədə qoydu”.     

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Bunu BakuPost-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, XİN-in araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: “Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Deputat Fazil Mustafa noyabrın 6-da bu mövzuda E.Məmmədyarovu sərt tənqid edən yazı ilə çıxış edib. O, nazirin dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq yazır: “Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib?

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"

Deputat daha sonra da sərt suallarını davam etdirib: “Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər Nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır”.

Deputat sonda yazır: “Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”

Sonda onu da qeyd edək ki, Azərbaycanın haqq səsini dünyada duyuran E.Məmmədyarov zaman-zaman bu kimi qalmaqallarda tənqid edilsə də, onun təcrübəli diplomat olduğuna heç bir şübhə yoxdur. Amma bəzi ekspertlər belə iddia edir ki, E.Məmmədyarov dinc dövrə uyğun diplomatdır. Məsələn, “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti  Eldar Namazov müsahibələrinin birində E.Məmmədyarov haqda belə deyib: “Mən xarici işlər naziri cənab Elmar Məmmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmazdan öncəki dövrlərdə çalışdığı vəzifələr ona imkan verib ki, dünya siyasətini, regionda gedən prosesləri yaxından izləsin və dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitinə uyğun diplomatlar, siyasətçilər və dinc şəraitə uyğun diplomatlar, siyasətçilər var. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar dinc dövrə uyğun yaxşı diplomatlardır. Bizim diplomatiyamız faktiki olaraq müharibə aparan bir dövlətin diplomatiyası olmalıdır”.

XİN-lə bağlı bu məsələdə  tənqidlər haqlı olsa da, hər halda, E.Məmmədyarovla bağlı mövzu həssaslıq tələb edir, xüsusilə sosial şəbəklərdə tənqidi fikirlər əndazəni aşmamalıdır.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi