banner
banner

İdman

Millət vəkili: Dövlət büdcəsindən idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var

| Xəbər 2099 dəfə oxunub
Millət vəkili: Dövlət büdcəsindən idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var

2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Gənclər Fonduna və idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun fəaliyyət istiqamətləri artırılıb, qarşısına yeni vəzifələr qoyulub.

 

Ü.Quliyevin sözlərinə görə, Gənclər Fondu gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi, gənclərə güzəştli kreditlərin verilməsi və digər fəaliyyətləri də həyata keçirəcək. Deputat təklif edib ki, Gənclər Fondunun bu vəzifələri layiqincə yerinə yetirməsi üçün Fonda ayrılan vəsaitin artırılmasına bir daha baxılsın.

Ü.Quliyev həmçinin idman sahəsinə ayrılan vəsaitin artırılmasını təklif edib. O qeyd edib ki, idmançıların ezamiyyə xərclərinin ödənilməsində müəyyən çətinliklər yaranır: “Bununla bağlı həm Federasiyalar tərəfindən, həm fərdi qaydada bizə müraciət edirlər. Ezamiyyə xərcləri xarici valyuta ilə ödənildiyi üçün maliyyə çatışmazlığı yaranır”.

Deputat bildirib ki, Prezident İlham Əliyev idman sahəsinə xüsusi diqqət ayırır və ölkəmiz bu sahədə böyük uğurlar əldə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi