banner
banner

Gündəm

Zamirənin 33 milyonluq evinin fotoları yayıldı

| Xəbər 1512 dəfə oxunub
Zamirənin 33 milyonluq evinin fotoları yayıldı

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda yaşadığı evinin fotoları yayılıb. 
İngilis mediası evin küçədən çəkilmiş şəkillərini yerləşdirib və onun qiymətini açıqlayıb. 

Belə ki, 55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt-sterlinq (təxminən 33 milyon manat) dəyərində evdə yaşayır. Bu ev Zamirənin sahib olduğu mülklərdən sadəcə biridir. Onun bununla yanaşı bir neçə bahalı evi də var. Hacıyeva daha çox bu villada qalır.
Qeyd edək ki, Z.Hacıyevanın ötən gün həbs edilməsi xəbəri yayılıb. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyevanı zaminə buraxa bilər. Bunun üçün o, 500 min funt-stelinq (təxminən 1,2 milyon manat) məbləğində zəmanət ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir. Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir. Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.

 

 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi