banner
banner

İdman

"Mançester Yunayted" qələbə üçün heç nə etmədi" - Ronaldo

| Xəbər 1397 dəfə oxunub
"Mançester Yunayted" qələbə üçün heç nə etmədi"

"Çempionlar Liqası xüsusi turnirdir. Burada hesabda öndə olsan belə arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun ərzində üstün tərəf biz idik və çoxlu qol imkanı yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq".

Qol.az-ın xarci KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Mançester Yunayted"ə 1:2 hesabı ilə  uduzduqları oyunu şərh edərkən deyib.

"Mançester Yunayted" qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil. Çünki oyunu rəqibə hədiyyə etdik. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik".

Portuqaliyalı hücumçu vurduğu qol haqda da danışıb: "Paltardəyişmə otağında vurduğum qola təkrar baxdım. Möhtəşəm bir qol olduğunu söyləyə bilmərəm, amma yaxşı zərbə vurmuşam. Qol vurmağımdan məmnunam, amma qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm".

Ronaldo deyib ki, ÇL-in qalibi olacaqları barədə danışmaq tezdir: "Əla komandamız var, amma finala hələ çox var. Burada insanlar kuboku qazanmağı arzulayır. Biz addımbaaddım hərəkət etməliyik".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi