banner
banner

Gündəm

Deputat: "Avropada millətçilik tüğyan edir, dözümsüzlük var, cəmiyyət daha radikaldır"

| Xəbər 1441 dəfə oxunub
Deputat: "Avropada millətçilik tüğyan edir, dözümsüzlük var, cəmiyyət daha radikaldır"

Azərbaycan cəmiyyətini bəzən laqeydlikdə, baş verən hadisələrə reaksiya verməməkdə, siyasi proseslərə qoşulmamaqda qınayırlar. Xüsusilə də bu cür qınaqları müxalifət nümayəndələrinin dilindən tez-tez eşidirik. Lakin görünən budur ki, cəmiyyətimizdə milli-mənəvi dəyərlərlə bağlı məsələlər ciddi reaksiyalara səbəb olur.

Son olaraq deputat Tahir Kərimlinin himnimizlə bağlı səsləndirdiyi fikirlər ölkə toplumunda ciddi rezonansa səbəb oldu. Eləcə də analoji reaksiyanı ötən il repressiya qurbanı olan Mikayıl Müşfiqin heykəlinin götürülməsi, aprel savaşları zamanı müşahidə etmişdik. Ekspertlərə görə, cəmiyyətin öz milli dəyərlərinə sahib çıxması, dövlətin var olması üçün olduqca vacib nüansdır.

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı söylədi ki, Azərbaycan xalqı heç şübhəsiz ki, hər zaman öz adət-ənənələrinə, dəyərlərinə sayğı göstərir: “Dəyərlərə müsbət münasibət, həm də ənənəvi xarakter daşıyır.  Cümhuriyyətimiz işğala məruz qaldıqdan sonra, Azərbaycanda sovet rejimi qurulanda da dəyərlərimizə, dinimizə sayğı, diqqət yetirərək müstəqilliyimizə qədər gətirib çıxardıq. Məhz bu bağlılığın göstəricisidir ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində xalqımız meydanlara çıxıb, özünün müstəqillik uğrunda mücadiləsinə başladı. Həmin zaman Azərbaycan xalqı ilin xalqı elan olundu, 20 Yanvar faciələrindən keçib, qurbanlar verdi. Azərbaycan dünyanın humanitar bir mərkəzinə, sivilizasiyaların  barış məkanına çevrilməkdədir. Baxın, Avropada hansı proseslər gedir. Orada millətçilik tüğyan edir, dözümsüzlük var, cəmiyyət daha radikaldır. Bütün bunlar onu göstərir ki, Avropada cəmiyyət deqradasiyaya uğrayır, aşılanır və təbii ki, bu cür hallar da istənilən cəmiyyətə böyük problemlər gətirir.

Ä°lgili resim

Nəticədə cəmiyyətin perspektivsizliyini ortaya qoyur. Azərbaycan isə bütün bunlardan uzaqdır və söylədiyimiz keyfiyyətlərin hamısını özündə ehtiva edir. Hətta bu yaxınlarda Papa Azərbaycandakı dini yəhudi icmasının nümayəndələrini Romada qəbul edərkən Azərbaycanı tolerant, sivilizasiyaların birinin digərini  tamamladığı ölkə kimi misal çəkdi, buna müsbət qiymət verdi. Bəli, biz, buyuq. Çalışmalıyıq ki, bu dəyərlərimizi saxlayaq.  Bütün bu məsələlər, təbii ki, Azərbaycan cəmiyyətinin genetik kodundan qaynaqlanır. Azərbaycan xalqının genetikası, onun düşüncəsi, həyat tərzi uzun illər boyu buna köklənib. Biz də onun konkret nəticələrini görməkdəyik. Hər bir dünya ölkəsi bu gün Azərbaycandan bu və ya digər məsələlərlə bağlı nümunə götürə bilər. Əlbəttə ki, biz xalqımızın üstün keyfiyyətlərini etiraf etməklə bərabər, bütün bunları reallaşdıran, onu dünyaya təqdim edən ulu öndərimizin siyasi irsini, onun fundamental xəttini və bu xəttə sədaqətlə xidmət edən ölkə prezidentinin fədakarlığını, töhfələrini xüsusi qeyd etməliyik".

Aydın Quliyev ile ilgili görsel sonucu

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, bütün bunlar birmənalı şəkildə həm cəmiyyət, həm də dövlət üçün əhəmiyyətli təzahürdür: “O yerdə narahat olmaq lazımdır ki, dövlətçiliklə cəmiyyətin arasında ümumi hədəflər olmasın. Yaxud hansısa hədəfə yönəlmək məsələsində dövlətlə cəmiyyət arasında anlaşıqlı şərait yaranmasın. Yalnız bundan qorxmaq lazımdır. Azərbaycanda isə belə deyil. Bizim cəmiyyətimiz dövlətçilik mənafeləri və hədəfləri istiqamətində çox aktivdir. Həm mənəvi sahədə, mədəniyyət sahəsində, həm də siyasi, iqtisadi sahədə dövlətçiliyimizlə bağlı hər hansı məsələ ortaya gələndə, cəmiyyətin hamılıqla aktivləşməsini və fəal reaksiyasını görürük. Bunu dövlətçiliyi gücləndirən faktor hesab edirəm. Bu, bizim cəmiyyətin siyasi, mənəvi və ruhi olaraq yetkinliyinin əlamətidir. Əgər cəmiyyətimiz, dövlətimizə hər hansı bir dəxli olan məsələ gündəmə gələndə cəmiyyət aktivləşirsə, bunu dövlətimizin gücünə güc qatan faktor kimi dəyərləndirmək lazımdır. Ona görə mən də cəmiyyətimizin bu cür aktiv mövqeyini alqışlayıram. Hesab edirəm ki, bu cür aktivlik həm cəmiyyətə faydalıdır, həm də dövlətçilik mövqeyimizi gücləndirən bir təzahürdür. Konkret misallara baxsaq, buna çoxlu sayda nümunələr göstərmək olar. O cümlədən ən böyük nümunə 2016-cı ilin aprel döyüşləri idi. O zamana qədər hətta Azərbaycanın özündə belə hesab edənlər vardı ki, cəmiyyətin, xalqın döyüş ruhu ölüb. Belə bir fikir işlədənlər də vardı ki, ermənilər Qarabağ ətrafındakı yeni işğallara başlasalar belə, Azərbaycan cəmiyyəti buna reaksiya verməyəcək. Ancaq təkcə bir qalibiyyətli döyüş, bu döyüşün yaratdığı rezonans, döyüşün nəticələrinə cəmiyyətimizin reaksiyası və dəstəyi bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti ruhən hər zaman ayaq üstündədir. Azərbaycan cəmiyyətinin ruhu, fəaliyyəti və baxışları dövlətçilik mənafeləri ilə tam şəkildə birləşib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi