banner
banner

Mədənİyyət

Musiqili Teatrda rejissorlar üçün ustad dərsləri

| Xəbər 1523 dəfə oxunub
Musiqili Teatrda rejissorlar üçün ustad dərsləri

Fransada yaşayan həmyerlimiz - rejissor Emil Səlimov Azərbaycan Dövlət Musiqili Teatrında olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi Emil Səlimov barədə geniş məlumat verib. Bildirib ki, E.Səlimov dünya teatr məkanında xüsusi çəkisi olan rejissordur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnə rejissorluğu fakültəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiyada çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərəkatlarında hərəkətverici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu “Emil Səlimov metodu” adlı teatr məktəbi fəaliyyət göstərir.

Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan E.Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.

Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş rejissor Musiqili Teatrda keçdiyi ustad dərsində gənc sənətçilərdə təkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətləşmə vərdişlərini möhkəmləndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi