banner
banner

Sİyasət

Deputat: Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

| Xəbər 1169 dəfə oxunub
Deputat: Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) nümayəndəsinin geri çağırılması təbiidir, çünki Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi Yerevan bir çox istiqamətlərdə yanlış siyasət yürüdür. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, KTMT-nin prosedur və rotasiya qaydalarına, əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Lakin KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın nümayəndəsi Yuri Xaçaturov vaxtından əvvəl təşkilatın baş katibi vəzifəsindən azad edildi.

T.Rzayev bunu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində uğursuzluğu kimi qiymətləndirib.

Millət vəkili qeyd edib ki, Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət də təşkilata məlumdur:

"Rəsmi Yerevan elə bu siyasətinə görə də KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil. Ümumiyyətlə, təsis olunmasından etibarən KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb. Təşkilatın baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması isə qurumun nizamnaməsinə ən böyük hörmətsizlikdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi