İcra hakimiyyəti: Lənkəranda sel nəticəsində 1 ailənin həyətini su basıb
Lənkəranda güclü yağışlar səbəbindən yaranan sel nəticəsində Yuxarı Nüvədi kəndində bir evin həyətini su basıb.
Bu barədə Trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayev deyib.
Komissiya sədri bildirib ki, yağış leysan xarakterli olduğundan dağ massivindən gələn sel suları kəndin ərazisindən axıb: "Bir ailənin həyətini su basıb. Evlərə ziyan dəyməyib. Artıq sel sularının axarı dəyişdirilib və həmin həyətdən suyun çəkilməsi istiqamətində işlər görülür. Yağış hələ də davam edir. Əraziyə texnikalar və canlı qüvvə cəlb edilib".
Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Belə ki, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər.