banner
banner

Sosİal

Lənkəranın sitrus bağlarında qınsız ilbizlərə qarşı mübarizə başlayıb

Lənkəranın sitrus bağlarında qınsız ilbizlərə qarşı mübarizə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri Lənkəran rayonunda qınsız ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirlərini davam etdirir.

DFX-dən Trend-ə verilən məlumata görə, mütəxəssislər bu ay Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidələr aparıb. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparıb.

 

Bildirək ki, bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, meyvə və qismən texniki bitkilərə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Qeyd edək ki, qınsız ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. DFX qınsız ilbizlərlə mübarizə aparması üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri aparır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.