banner
banner

Krİmİnal

"Samur" gömrük postunda avtomobilin yanacaq çənində külli miqdarda siqaret aşkarlandı

"Samur" gömrük postunda avtomobilin yanacaq çənində külli miqdarda siqaret aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz E220 CDI" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerində, arxa buferin sağ və sol qanadlarında olan boşluqlarda, ön panelin (şitin) arxa hissəsində olan boşluqlarda gömrük nəzarətindən gizlədilmiş 9840 ədəd "Belomorkanal", 540 ədəd "Baltiyskie", 4400 ədəd "Parliament Heets" və 440 ədəd "Marlboro Seventy Twos" markalı siqaretlər aşkarlanıb.

 

Faktla bağla araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.