banner
banner

Krİmİnal

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 93Azərbaycan vətəndaşı saxlanılır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib.

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının 20-si təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır.

Azərbaycan vətəndaşları qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 15,7%-ni təşkil edir.

Gürcüstanda 45 ölkənin, ümumilikdə, 594 vətəndaşı cəza çəkir. Türkiyə vətəndaşları onların arasında 132 nəfərlə birinci yerdədir.

Qonşu ölkənin həbsxanalarında 109 İran, 68 Rusiya, 28 Ermənistan vətəndaşı saxlanılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.