banner
banner

Sosİal

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

| Xəbər 1253 dəfə oxunub
Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

Nazirlər Kabineti “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində dəyişikliklər edib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Dəyişikliyə görə, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanacaq. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Həmçinin Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

Bundan əvvəl Azərbaycanda inklüziv təhsillə bağlı layihənin təqdimatı olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi