banner
banner

Sİyasət

Analitik: Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb

| Xəbər 1256 dəfə oxunub
Analitik: Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb

Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında vəziyyət gündən-günə daha da gərgin hal alır: "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bezmiş sakinləri Nikol Paşinyanı "axmaq" adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarının yoxluğundan korluq çəkirlər. Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, qondarma rejimin başçıları soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar. Qondarma rejimin "rəhbəri" Bako Saakyan Paşinyanı aldadaraq guya bölgənin inkişaf etdiyini, xalqın hər şeydən razı olduğunu bildirir".

E.Aşırlının sözlərinə görə, əslində B.Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur:

"Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan “istirahət evləri”nə, kişilər isə qul kimi təhqir olunduqları işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndindəki ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları qondarma rejimin vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdığını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər. İndi Paşinyanın “Qarabağ klanı”na düşmən münasibəti, Yerevanda Dağlıq Qarabağdan olan vəzifəliləri sıxışdırıb sıradan çıxarması, Dağlıq Qarabağ əhalisinə hörmətlə yanaşmaması bölgədə ona qarşı inamsızlığı artırmaqla yanaşı, onun nüfüzdan düşməsinə də gətirib çıxarıb. Ona görə, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb. Düşünürəm ki, yaxın vaxtlarda ermənilər arasında xaosun daha da böyüməsi ilə münaqişə zəminində partlayışın yaşanması gözləniləndir".

Analitik bildirib ki, bir qədər əvvəl Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan erməni mətbuatına açıqlamasında Qarabağda yaşayan ermənilərin Azərbaycan Ordusunu köməyə çağırdığını, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən N.Paşinyanın öz səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atdığını, insanların isə ondan iş yeri, pensiya və əməkhaqlarını artırmasını tələb etdiyini bəyan edib:

"Vigen Sarkisyan qeyd edib ki, Paşinyan günahı xalqın üstünə ataraq, fəaliyyətinə ciddi səhvlər etməklə başladı. O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə, intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü. Sarkisyan Paşinyana xitabən bildirib ki, vəziyyət daha da pisləşəcək, yaxın perspektivdə ümidverici heç nə görünmür".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi