banner
banner

Krİmİnal

Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı

Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxışı noyabrın 21-nə təyin edilib.

 

İttihama görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.

Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.