banner
banner

İqtİsadİyyat

“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir

“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir

Neft-mədən xidmətləri göstərən aparıcı beynəlxalq “Ekspro” şirkəti BP şirkətinin Şahdəniz Mərhələ 2 layihəsi üzrə dörd illik müqavilənin uzadılması ilə Bakı şəhərində yeni təyinatlı istehsalat obyektlərinin açılışını sürətləndirib.

Bunu Trend-ə “Ekspro” şirkətindən bildiriblər.

Qeyd edilib ki, müqavilənin uzadılması ilə “Ekspro” sualtı sütun avadanlıqlarının təchizini və Xəzər dənizinin cənubunda layihəyə xidmətlərinin göstərilməsini davam etdirəcək. 2014-cü ildə “Ekspro” layihə üzrə beş illik müqavilə imzalayaraq EXPRESS elektro-hidravlik idarəetmə sistemləri ilə birgə yığma endirmə sütunu - 15 000 ədəd yüksək təzyiq (ELSA-HP) klapanlarını təmin edib. Bunlar sualtı avadanlıqlar bazarının ən mürəkkəb şərtləri daxilində təhlükəsizlik və etibarlılığın yüksək standartlarını təmin etmək üçün nəzərdə tutulub.

Bu əsas layihəni dəstəkləmək və onun regionda portfoliosunu genişləndirmək üçün “Ekspro” bu gün açılan (15 noyabr) yeni təyinatlı istehsalat obyektinə sərmayə qoyub. Ofis və emalatxana ilə birgə 8,500 m2-dən artıq sahəni əhatədə edən bu istehsalat obyektinə 5 milyon ABŞ dolları dəyərində sərməya qoyulmuş və 30 nəfər işçinin çalışacağı nəzərdə tutulub. Bu, “Ekspro” şirkətinə regionda müştərilərə kompleks sualtı xidmətlər göstərmək və biznes fəaliyyətini daha da genişləndirmək imkanı verəcək.

 

“Ekspro” şirkətinin Avropa MDB regionu üzrə vitse-prezidenti Nil Sims deyib:

"Yeni istehsalat obyektlərimizə qoyulan sərmayə bizə fəaliyyət dairəmizi artırmaq və əsas müştərilərə, o cümlədən BP şirkətinə ən yüksək keyfiyyətdə sualtı xidmətlər göstərmək imkanı verir. Bu, həmçinin bizə portfolio təklifimizi genişləndirmək, quyu sınağı və təmiri xidmətlərində qlobal təcrübəmizdən yararlanmaq imkanı yaradır.

"Uğurumuzun əsası mənbəyi bizim tərəfdaşlarımızdır. Mən bu günədək göstərdikləri mühüm xidmətlərinə görə əməkdaşlarımıza, bununla yanaşı, sifarişçilərə, təchizatçılara və Azərbaycandakı partnyorlarımıza minnətdarlığımı bildirmək istəyirəm. Biz uğurumuzun davamlı olacağına və gələcəkdə biznes fəaliyyətimizi daha da gücləndirəcəyimizə inanırıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.