banner
banner

Krİmİnal

Qubada avtoxuliqanlar saxlanılıb

| Xəbər 1236 dəfə oxunub
Qubada avtoxuliqanlar saxlanılıb

Qubada avtoxuliqanlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratmaları, öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək bu mövzuda müvafiq paylaşımlar etməsi, daha sonra isə şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. Əsasən Rusiya istehsalı olan “Niva”, “Lada Priora” “VAZ 2016”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Avtxuliqanlıq etmiş qrupun bir üzvü-Cahangir Fərzəliyev “VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamış, yol-nəqliyyat hadisəsi törədərək həmin nəqliyyat vasitəsinin hadisə yerində qoyub qaçıb. Hazırda onun da saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi