banner
banner

Gündəm

Anar Bağırov: Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur

| Xəbər 1194 dəfə oxunub
Anar Bağırov: Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur

Azərbaycanda vəkillərin sayı hazırda 1500 nəfərdən çoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, artıq vəkillər sırasında gənclərin sayı artmaqdadır: "Biz 535 nəfəri vəkilliyə qəbul etmişik. Bunların əksəriyyəti 40 yaşına qədər olan gənclərdir. Biz sevinirik ki, cavanlar vəkilliyə üz tutur. Məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən hüquqşünaslar vəkilliyə üz tuturlar. Təbii ki, vəkillərin sayı daha da artacaq".

 

A.Bağırov vəkilliyə qəbul prosesinin asanlaşdırılmasına da münasibət bildirib. O, qeyd edib ki, bu prosesdə vəkillərin savadının artırılmasına da diqqət yetirilir: "Deyirlər ki, qəbul asanlaşdırılıb. Biz namizədlərin savadını artırmaq üçün təlimlər və kurslar təşkil edəcəyik ki, onlar vəkilliyə daha yaxşı hazırlaşsınlar. Hazırda sənəd qəbulu üzrə onlayn sistem yaratmışıq ki, rayonlarda olan insanlar əziyyət çəkməsin. Biz həmçinin işə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq. Bu isə vəkilliyə qəbulda maneələri aradan qaldırır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi