Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbindən "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"da olan sərnişinlər - Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov fevral ayının 14-də keçirilən ağacəkmə aksiyasında mətbuata verdiyi açıqlamada bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.
Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur.
Martın 16-da Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.