banner
banner

Mədənİyyət

Azərbaycanın Əməkdar artisti Bişkekdə mükafata layiq görülüb

| Xəbər 1560 dəfə oxunub
Azərbaycanın Əməkdar artisti Bişkekdə mükafata layiq görülüb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.

Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı Nayman Ana roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının festivalda iştirakı Mədəniyyət Nazirliyinin və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi