banner
banner

Hərbİ

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir

| Xəbər 1642 dəfə oxunub
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, artıq 3-cü dəfədir ki, bu toplantı keçirilir: "Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi