banner
banner

Gündəm

Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi - ədliyyə işçilərinin gününə 5 saat qalmış…

Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi -

Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib. Nəriman Həbib oğlu Yusifov indiki Ermənistanın ərazisində qalmış qədim Azərbaycan torpağında, Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.

Nəriman Yusifov Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.

Azərbaycana döndükdən sonra N.Yusifov Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb.

N.Yusifov uzun həyatı boyunca hansı postda çalışıbsa tabeçiliyində olanların rəğbətini qazanıb və onlar onu daima xoş sözlərlə yad ediblər.

Hüquq elmləri doktoru, professor İlham Rəhimov Nəriman Yusifovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına  və hüquq ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.